“NEO BOKT” birjada 1 milyon manatdan çox vəsait cəlb etdi

25.09.2026

Icma.az bildirir, Marja.az portalına istinadən.

“NEO BOKT” ASC-nin səhmlərinin Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi başa çatıb.

BFB-nin məlumatına görə, 10 sentyabr 2026-cı il tarixində Birjanın Listinq Komitəsinin qərarı ilə “NEO BOKT” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Şirkətin səhmlərinə abunə yazılışı 14 sentyabr 2026-cı il tarixində başlayıb və 18 sentyabrda, 5 iş günü ərzində yekunlaşıb.

Qiymətli kağızların yerləşdirilməsi isə 21 sentyabr 2026-cı il tarixində başlayaraq 25 sentyabrda başa çatıb.

Yerləşdirmə çərçivəsində hər birinin ilkin ticarət qiyməti 3 710 manat olan 270 ədəd sənədsiz adlı adi səhm təklif edilib.

Səhm buraxılışının ümumi həcmi 1 milyon 1 min 700 manat təşkil edib. Hərrac qiyməti də 3 710 manat olub.

Yerləşdirmə nəticəsində buraxılışın tam həcmi – 1 milyon 1 min 700 manat realizə edilib. Sifarişlərin nominal qiymətlə ümumi həcmi də eyni məbləğdə olub.

Yerləşdirmədə 2 investor iştirak edib və ümumilikdə 2 sifariş təqdim olunub.

Beləliklə, “NEO BOKT” ASC-nin təklif etdiyi 270 səhmin hamısı yerləşdirilib.

Səhmlərin dövlət qeydiyyat nömrəsi – ISIN AZ1001028393-dür. Ticarət üsulu kütləvi təklif və abunə yazılışı formasında həyata keçirilib.

Yerləşdirmə üzrə anderrayter “Troni İ.Ş.” QSC olub.

BFB-nin məlumatına əsasən, sözügedən səhmlərin ticarət nəticələri müvafiq qaydalara uyğun olaraq Standart Bazar Listinq seqmentinə daxil edilir.

İş elanları AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью