Neolit şadlıq evində yanğın başladı

19.12.2024

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Bakıda yanğın baş verən obyektin "Neolit" restoranı olduğu müəyyənləşib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, yanğln restoranın anbarında baş verib.

Hazırda FHN qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

***

09:27

Bakıda obyekt yanır.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью