Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu barədə Nepal polisi məlumat yayıb. Hüquq-mühafizə orqanlarının son hesabatına görə, 538 nəfərin cəsədi tapılıb, ümumilikdə, 1545 nəfər yaralanıb. Axtarış-xilasetmə əməliyyatları davam edir. Nepal Ordusu, Silahlı Polis Qüvvələri və Milli Polisdən 13 min 295 əməkdaş səfərbər edilib. “Vəziyyət çətin olaraq qalır. Dövlət qurumları gücləndirilmiş iş rejimində çalışır. Hazırda əsas prioritetimiz sağ qalan hər bir vətəndaşın həyatını xilas etmək, itkin düşmüş insanları axtarmaq, yaralılara tibbi yardım göstərmək və fəlakətdən zərər çəkmiş ailələrə təcili yardım göstərməkdir”, – deyə Nepalın Baş naziri Balendra Şah bildirib.
XQ