Nepal ordusunun komandanı etirazçılara müraciət edəcək

09.09.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Nepal ordusunun komandanı general Aşok Rac Siqdel tezliklə etirazçılara və ölkə vətəndaşlarına müraciət edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistan KİV-ləri məlumat yayıb.

Nepal ordusu vəziyyəti izlədiyini bildirib və etirazçıları sabitliyi təmin etməyə çağırıb.

"Nepal ordusu xalqın maraqlarını və təhlükəsizliyini qorumağa sadiqdir", - bəyanatda deyilir.

KİV-in məlumatına görə, ölkəboyu davam edən iğtişaşlar fonunda etirazçıların Dhanqadidə həbsxanaya hücum etməsi nəticəsində yüzlərlə məhbus qaçıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью