Nepal Prezidenti COP29da iştirak etmək üçün Azərbaycana səfərə gəlib

11.11.2024

Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nepal Federal Demokratik Respublikasının Prezidenti Ramçandra Paudel BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью