Nepal prezidenti XİN başçısının müavini ilə görüşdü

02.05.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Bu gün Nepal Prezidenti Ramçandra Paudel Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovu qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Nepal mediası məlumat yayıb.

Katmanduda Prezident sarayında keçirilən görüşdə Prezident Paudel iki ölkə arasında münasibətlərin yeni inkişaf tempindən məmnunluğunu ifadə edib.

Bakıda keçirilmiş COP-29-da Nepalı təmsil etdiyini xatırladan dövlət başçısı Nepal ilə Azərbaycan arasında əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əmin olduğunu bildirib.

Qeyd edək ki, Nepal və Azərbaycan arasında ilk siyasi məsləhətləşmələr dünən Elnur Məmmədovun səfərindən sonra Katmanduda keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью