Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Nepalda baş verən daşqınlar səbəbindən ziyan çəkmiş "Trişuli 3A" su elektrik stansiyasının tunelində 3 nəfər sağ olaraq tapılıb.
Axar.az xəbər verir ki, bununla bağlı xilasetmə işlərinə cəlb olunan nepallı deputat Rama Neupane Feysbuk hesabında paylaşım edib.
“Tuneldə başqa şəxslərin də olduğuna dair məlumatlar var. Axtarış-xilasetmə tədbirləri hazırda davam etdirilir", - o bildirib.
Qeyd edək ki, 26 avqustda Nepalda baş verən daşqınlar nəticəsində indiyədək 1204 nəfərin öldüyü təsdiqlənib, 4,5 min nəfər itkin düşüb.