Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Nepalın dağlıq Rasuva rayonunda Bxote-koşi çayında suyun səviyyəsinin qalxması səbəbindən baş vermiş güclü daşqın nəticəsində 17 nəfər həyatını itirib. Bu barədə BBC polis məlumatlarına istinadən bildirib. Nepal Turizm İdarəsi bildirib ki, daşqından zərər çəkmiş rayonda olan 380-dən çox turistin və bələdçilər də daxil olmaqla, 93 Nepal vətəndaşının yerinin müəyyənləşdirilməsi üçün işlər aparılır. Onların arasında Böyük Britaniya və digər ölkələrdən olan 12 səyahətçi də var.
XQ