Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.
Təxminən 600 əcnəbi də daxil olmaqla 4247 nəfər itkin düşüb
Nepalda baş verən daşqınlarda ölənlərin sayı 903 nəfərə çatıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Milli Fəlakət Risklərinin Azaldılması Təşkilatının açıqladığı məlumatda qeyd olunub.
Məlumata görə, itkin düşənlərin sayı da xeyli artıb - təxminən 600 əcnəbi də daxil olmaqla 2502-dən 4247-yə çatıb. 24 saatdan az müddətdə itkin düşənlərin sayının kəskin artması ölkənin ən təcrid olunmuş əraziləri ilə rabitənin tədricən bərpa olunması ilə izah olunur.
Yerdə axtarış-xilasetmə əməliyyatları davam edir və 20800 təhlükəsizlik işçisi iştirak edir. Nepal ordusu qurbanları hava yolu ilə təxliyə edir - 411 helikopter uçuşu həyata keçirilib və təxminən 10500 nəfər, o cümlədən 252 əcnəbi xilas edilib.
Qeyd edək ki, 26 avqustda Şimali Nepal və Çinin sərhəd bölgələrində güclü daşqınlar baş verib.