Nepalda daşqınlarda ölənlərin sayı 1252 yə çatdı 4200 dən çox itkin

03.09.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nepalda ötən həftə baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 1252-yə yüksəlib, 4200-dən çox insan isə itkin düşüb.

“Yeni Sabah” xəbər verir ki, daşqınlardan ən çox zərər çəkən ərazilərdə ailələr itkin yaxınları üçün simvolik dəfn mərasimləri keçirirlər. Bir çox bölgədə daşqın suları həm insanları, həm də evləri aparıb.

Ən ağır zərər çəkən Rasuva rayonunda ailələr itkin qohumlarının cəsədlərinin tapılmasına ümidlərini itirdikdən sonra dini ayinlər keçiriblər. Çitvan rayonunda isə şəxsiyyəti müəyyən edilməyən cəsədlərdən DNT nümunələri götürüldükdən sonra onlar dəfn edilib. Sezar pizza

Fəlakət nəticəsində yollar, elektrik və rabitə xətləri sıradan çıxıb. Hərbçilər, polis və xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirir, eyni zamanda sığınacaqlarda xəstəliklərin yayılmasının qarşısını almaq üçün tədbirlər görülür.

Qeyd edək ki, fəlakət avqustun 26-da Nepalın Langtanq Lirunq dağında təxminən 5200 metr yüksəklikdə buzlağın çatlaması ilə başlayıb. Ardınca yaranan buzlaq uçqunu və dağıntı axını Nepalın bir neçə rayonunu, eləcə də Çinin Tibet bölgəsindəki sərhəd ərazilərini vurub.

Çində isə daşqınlar nəticəsində 21 nəfərin öldüyü, 541 nəfərin itkin düşdüyü bildirilir. Beləliklə, Nepal və Çində ölənlərin ümumi sayı 1273 nəfərə çatıb.

Aydan Hacı Formanın Yuxarısı

Formanın Aşağısı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью