Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Nepalın Makalo zirvəsində itkin düşən tanınmış təbrizli dağçı Əbülfəz Gözəlinin axtarışları dayandırılıb.
Gunaz.tv
Bu barədə idman mediası məlumat yayıb.
Bildirilib ki, iki həftədən çox aparılan axtarışlar nəticəsiz qaldığı üçün, Gözəlinin həyatını itirdiyi qənaətinə gəlinib və onun axtarış əməliyyatlarına spn verilib.
Qeyd edək ki, Əbülfəz Gözəli, 4 nəfərlik heyət tərkibində çətin qış dırmanışından sonra 8481 metr hündürlüyü olan Makalo zirvəsinə qlxıb.
Əbülfəz Gözəlinin nepallı bələdçisi zirvədən qayıdan zaman uçurumdan yıxıldığı üçün, başqa iki bələdçi onu axtarmağa gediblər.
Bələdçinin neçə yüz metr aşağı yuvarlanaraq öldüyünü görəndən sonra onlar geri qayıtdıqları zaman təbrizli idmançını tapa bilməyiblər.
Qeyd edək ki, Təbrizin "K2" alpinizm klubunun başçısı olan Gözəli, dünyanın 7 min metrdən hüdür 10 zirvəsinə dırmandığı üçün beynəlxalq "Qar qaplanı" dərəcəsini alıb.