Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Nepalda baş verən 4,4 bal gücündə zəlzələ nəticəsində meydana gələn torpaq sürüşməsi Bhote Koşi çayının qarşısını kəsib.
Yeniavaz.com CNN-ə istinadla xəbər verir ki, nəticədə çayın qollarında suyun təzyiqi artıb və bir çox kəndi su basıb.
Ölkənin polis təşkilatı indiyədək ən azı 8 nəfərin öldüyünü, aralarında turistlərin də olduğu 400 nəfərin isə itkin düşdüyünü açıqlayıb.
Bildirilib ki, helikopterlər ərazidə axtarış aparır, lakin bəzi yerlərdə su səviyyəsi onların enməsi üçün çox yüksəkdir.