Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

09.10.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 9 oktyabr, AZƏRTAC

Nepalın mərkəzində məktəb avtobusunun qəzaya uğraması nəticəsində 4-ü məktəbli olmaqla 5 nəfər həlak olub, 14 nəfər yaralanıb.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, avtobusdakı 19 nəfərin əksəriyyəti məktəbli olub. Avtobus magistral yoldan çıxaraq qəzaya uğrayıb.

Kaski Rayon Polis İdarəsinin mətbuat xidmətindən bildirilib ki, yaralılardan ikisinin vəziyyəti ağırdır.

Hadisənin səbəbləri araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью