Nepalda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat yoxdur

09.09.2025

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nepalda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat daxil olmayıb.

BAKU.WS xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Qeyd edək ki, Nepalda etirazlar nəticəsində 19 nəfər ölüb, xəsarət alanların sayı 500 nəfərə çatıb.

Etirazçılar parlament binasını yandırıb. İğtişaşlar fonunda Baş nazir istefa verib.

Xatırladaq ki, Nepalda hökumətin "Facebook", "X" və "YouTube" daxil olmaqla 26 sosial media platformasını bloklamaq qərarına görə, etirazçılarla polis toqquşub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью