Nepalda parlament binası da yandırıldı Baş nazir istefa verdi

09.09.2025

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Nepalda özlərini “Z nəsli” adlandıran etirazçılar parlament binasına basqın edərək onu yandırıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Himalayan Times” qəzeti məlumat yayıb.
Parlament binasını qorumaq üçün ordu qüvvələri yerləşdirilib. Lakin şahidlərin sözlərinə görə, etirazçılar kordonu yararaq, qanunvericilik binasına daxil olublar.
Digər tərəfdən, Nepalın Baş naziri Şarma Oli ölkədə baş verən kütləvi etirazlarla əlaqədar istefa verib.
Nəşrin məlumatına görə, bu barədə onun köməkçisi Prakaş Silval məlumat yayıb.
Nepal Prezidenti Ram Çandra Paudel baş nazir Şarma Olinin istefasını qəbul edib.
Nəşr həmçinin kütləvi etirazlar zamanı 19 nəfərin öldüyünü, 500-dən çox insanın yaralandığını bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью