Nepalda qar uçqunu olub

27.09.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Himalayın Nepaldakı hissəsində - Ximlunq dağında qar uçqunu altında qalan düşərgədə Nepalın 14 vətəndaşı itkin düşüb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə "Kathmandu Post" qəzeti məlumat yayıb.

Yürüş təşkilatçılarının sözlərinə görə, pis hava şəraiti helikopterlərə axtarış-xilasetmə əməliyyatı aparmaq üçün 7126 metr hündürlükdəki dağın zirvəsinə çatmağa imkan verməyib.

Dəqiqləşdirilib ki, itkin düşənlər bələdçilər və xidmətçi heyətin daxil olduğu ekspedisiya komandasının üzvləridir. Hazırda cəmi 22 iştirakçıdan 14-nün itkin düşdüyü bildirilir.

Qəzet qeyd edib ki, itkin düşənlər arasında əcnəbi turistlər yoxdur.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью