Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 10 fevral, AZƏRTAC
Nepalın mərkəzi Rameçhap rayonunda sərnişin avtobusunun çaya düşməsi nəticəsində 10 nəfər həyatını itirib, 7 nəfər isə xəsarət alıb.
AZƏRTAC Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, Katmandudan gedən avtobus magistral yoldan çıxaraq Tamakoşi çayına düşüb. Hazırda təhlükəsizlik qüvvələrinin qrupları yerli sakinlərin dəstəyi ilə xilasetmə əməliyyatları aparır.
Polis qəza zamanı avtobusda olan insanların dəqiq sayını hələlik müəyyən edə bilməyib. Araşdırmalar davam edir.