Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4 5 milyard dollar lazımdır

29.08.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pekin, 29 avqust, AZƏRTAC

Nepalda daşqın nəticəsində dağılmış bölgənin bərpasına 4-5 milyard ABŞ dolları lazımdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Nepal rəsmiləri xarici mediaya açıqlamasında bildirib. Nepal tərəfi xarici mütəxəssislərin köməyinə də ehtiyac duyur.

Nepalda avqustun 29-da axtarış-xilasetmə əməliyyatı hava şəraiti ilə əlaqədar kiçik fasilədən sonra bərpa edilib. Son məlumata görə, daşqın səbəbindən Nepalın Rasuva bölgəsində ölənlərin sayı 669-a yüksəlib, 2500-ə yaxın adam hələ də itkin hesab olunur. Onlar arasında xeyli sayda əcnəbi turist və zəvvar var. Nepalın Fəlakət Risklərinin Azaldılması və Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi axtarış-xilasetmə əməliyyatına 15 minə yaxın təhlükəsizlik əməkdaşının cəlb olunduğunu açıqlayıb.

Daşqın qonşu Çində də dağıntı və insan tələfatına səbəb olub. Son məlumata görə Çin tərəfdə 7 nəfər ölüb, 554 nəfər itkin düşüb. Çin tərəfdə axtarış işlərinə 2141 xilasedici cəlb olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью