Nepalda təbii fəlakət olub

28.02.2025

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Nepalda 5,5 bal gücündə zəlzələ baş verib.
Reyting.az
-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildiriblər.
Zəlzələnin episentri 1,4 milyon nəfərdən çox əhalisi olan paytaxt Katmandudan 65 km şimal-şərqdə, yeraltı təkanların ocağı isə 10 km dərinlikdə yerləşib.
Nepal Milli Seysmoloji Mərkəzi ölkənin bəzi bölgələrində, o cümlədən Sindhupalçok rayonunda, təbiət hadisəsinin 6,1 bal gücündə hiss olunduğunu bildirib.
Hazırda tələfat və dağıntı barədə məlumat yoxdur.
V. QULİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью