Nepalda torpaq sürüşmələri 1 ölü, 12 itkin

28.09.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Qərbi Nepal bölgəsində güclü yağış və qar uçqunları torpaq sürüşmələrinə səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Himlung Himal dağında uçqun nəticəsində 10 nəfər itkin düşüb, Palpada baş verən sürüşmə nəticəsində isə 1 nəfər ölüb, 2 nəfər isə itkin düşüb.

Parbatda təxminən 80 ev daşqınlardan zərər çəkib.

“Katmandu Post” qəzetinin yazdığına görə, 7126 metr hündürlüyündə olan Himlung Himal dağında baş verən uçqun nəticəsində itkin düşənlər alpinistlər və dəstək qrupunun üzvləridir. Ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью