525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Nepalda 24 sentyabrdan etibarən davam edən güclü yağışlar ölkənin qərb və cənub-mərkəzi hissələrində daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, torpaq sürüşmələri nəticəsində son bir həftədə 21 nəfərin ölüb.
Həmçinin 179 ev tamamilə, 26 ev isə qismən zədələnib. Nəticədə ən azı 1500 insan evsiz qalıb. Eləcə də xeyli sayda mal-qara tələf olub, nəqliyyat dayanıb və dövlət binalarına ziyan dəyib.
İbrahim Cəfərov