Nepalda tuneldə 9 gün qalan 2 işçi xilas edildi

04.09.2026

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nepalın Rasuva bölgəsində sel nəticəsində hidroelektrik stansiyasının tunelində qalan iki işçi 9 gün sonra sağ çıxarılıb.

BAKU.WS xəbər verir ki, avqustun 26-da baş verən seldən sonra "Trishuli 3A" su elektrik stansiyasının tunelində iki işçinin itkin düşdüyü müəyyənləşdirilib.

Nepal ordusu və polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı tuneldən səslər eşidilib. Xilasedicilər tunelin divarını açaraq işçilərə çatıblar.

Xilas edilən şəxslər helikopterlə paytaxt Katmandudakı xəstəxanalara aparılıb. Onların vəziyyətinin stabil olduğu bildirilib.

Tuneldə başqa şəxslərin də qalması ehtimalı ilə bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью