“Neptun” “Ümid” yatağına aparılır

23.10.2025

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə (ASCO) məxsus gəmilərin iştirakı ilə “Neptun” özüqalxan qazma qurğusunun dənizdə fəaliyyət göstərəcəyi sahəyə – “Ümid” platforması ərazisinə yedəklənməsi əməliyyatı başlayıb. Qurğunun dənizə yola salınması əməliyyatında ASCO-nun “Mərdəkan”, “Zirə” və “Andoqa” təchizat-yedək gəmiləri iştirak edirlər.

Xatırladaq ki, “Neptun” özüqalxan qazma qurğusu bu ilin iyun ayında modifikasiya işləri üçün ASCO-nun gəmilərinin dəstəyi ilə Xəzərin Türkmənistan sektorundan ölkəmizə gətirilib. Həmin əməliyyat “Hövsan”, “Hövsan-2”, “SOCAR-1”, “Andoqa”, “Şüvəlan” və “Mərdəkan” gəmilərinin iştirakı ilə həyata keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью