Neqativ insanlar ətrafındakıları da tükəndirir: “Özünü qorumaq lazımdır”

21.09.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son dövrlərdə gündəlik ünsiyyətdə daim mənfi mövzulardan danışan, eyni problemləri təkrar-təkrar gündəmə gətirən və ətrafındakı insanlara da emosional gərginlik ötürən şəxslərlə daha çox qarşılaşırıq.

Belə ünsiyyət bir müddət sonra qarşı tərəfdə yorğunluq və psixoloji tükənmə hissi yarada bilər. 

Bəs davamlı neqativ danışmağın arxasında hansı səbəblər dayanır və bu cür münasibətlərdə insan özünü necə qoruya bilər?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, insan neqativ danışmağa meyillidir:

“Mənfi emosiyalar daha güclü yadda qalır. Eyni problemi təkrar danışmaq insana qısa müddətlik rahatlıq verir. Danışıb boşalmaq ehtiyacı çox vaxt şüurlu seçim olmur, avtomatik emosional reaksiyaya çevrilir. Lakin davamlı neqativ danışmaq artıq sadəcə boşalmaq deyil.

Bu, insanın düşüncə sistemini də formalaşdırır. İnsan problemi həll etmək əvəzinə problemi təkrar yaşamağa başlayır. Bir müddət sonra neqativlik onun üçün ünsiyyət forması deyil, düşüncə vərdişi olur.

Düşüncəmizin sərhədləri genişləndikcə ətrafımızda qoyduğumuz sərhədlər də dəyişir. Başqasının problemini dinləmək onun emosional yükünü daşımaq demək deyil.

Hər şikayətə cavab vermək, hər problemi dinləmək, hər neqativ söhbətin içində qalmaq məcburiyyətimiz yoxdur. İnsan başqasının gərginliyini öz psixikasına daşıdıqca öz daxili sakitliyini itirir”.

Psixoloq qeyd edib ki, sərhəd qoymaq soyuqluq deyil:

“Özünü qorumaqdır. Başqasının həyatındakı xaosu öz daxilində davam etdirmək məcburiyyətində deyilsən”.

Aişə
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью