Nəqliyyat naziri istefa verdi

04.11.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İspaniyada 69 nəfərin ölümü ilə nəticələnən ağır dəmir yolu qəzasından sonra ölkənin nəqliyyat naziri Oskar Puente vəzifəsindən istifa edib.

“Yeni Sabah” xəbər verir ki, ölkə tarixinin ən qanlı nəqliyyat faciələrindən biri kimi qiymətləndirilən hadisə siyasi mühitdə kəskin rezonans doğurub.

Qəzanın ardından ictimaiyyət və müxalifət tərəfindən sərt tənqidlərə məruz qalan Puente məsuliyyəti üzərinə götürərək istefa ərizəsini təqdim edib. Nazir bəyanatında həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verərək, faciənin araşdırılması üçün aidiyyəti qurumların bütün imkanlarını səfərbər etdiyini vurğulayıb. pizza

Baş nazir Sançes istefanı qəbul edib və faciənin başvermə səbəblərinin araşdırılması istiqamətində istintaq tədbirlərinin tam şəffaf şəkildə davam etdiriləcəyini diqqətə çatdırıb.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью