Nəqliyyat sahəsində arasında yol xəritəsi İMZALANDI

29.01.2025

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nəqliyyat sahəsində Azərbaycan, Türkiyə və Özbəkistan arasında yol xəritəsi imzalanıb.
Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündən sonra üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib.
Qeyd edək ki, sözügedən üçtərəfli görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan, Türkiyə və Özbəkistan arasında nəqliyyat sahəsində əməkdaşlığı gücləndirmək üçün yol xəritəsi imzalanacağı barədə məlumat vermişdi. (Report)
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью