Nəqliyyat vasitələri kəskin şəkildə virusların artmasına şərait yaradır Həkim | Icma.az
Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qış ayları gəldikdə, soyuq havalarla yanaşı, kəskin respirator virus infeksiyaları da yayılmağa başlayır.
Bunun əsas səbəbi insanların daha çox qapalı məkanlarda vaxt keçirmələridir.Qışda sağlamlığı necə qoruyaq?Mövzu ilə bağlı Demokrat.az-a həkim-terapevt Günay Lətifova açıqlama verib.
Həkim qeyd edib ki, havaların dəyişkən olması bir sıra xəstəliklərin yaranmasına səbəb olur:“Xroniki respirator xəstəliyə sahib olan insanların oqranizmi bu kimi havalara öyrəşməyib.
Həmçinin ölkədə hava şəraitinə uyğun geyim tənzimlənmir. Nəqliyyat vasitələri kəskin şəkildə virusların artmasına şərait yaradır.
Sağlamlığımıza birinci növbədə özümüz nəzarət etməliyik. İnsanlar xəstələndikləri zaman öz qərarları ilə dərman içirlər.
Bu da yol verilməzdir. Mütləq şəkildə həkim nəzarətində olmaq lazımdır.
Həkim tərəfindən ev və yaxud da kliniki şəraitdə müalicə alınmalıdır. Burada qidalanma da böyük rol oynayır.
Tam oxu
Xəbəri oxu