Neqreyra işində böyük dönüş

01.10.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

UEFA İspaniya Kral Futbol Federasiyasının Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya edilən ödənişlərlə bağlı “Barselona”ya qarşı başlanılmış işin baxılması prosesini yenidən bərpa edib.

Futbolpress.az xəbər verir ki, qitə futbol qurumu “Real” (Madrid) klubundan katalanların mümkün qayda pozuntularını əks etdirən böyük sənəd paketinin daxil olduğunu təsdiqləyib. UEFA-nın Etika və İntizam Müfəttişləri daxil olan yeni sübutları araşdırmaq üçün işə cəlb olunublar.

“AS” nəşrinin yaydığı məlumata görə, UEFA “Barselona”nın 2001–2018-ci illərdə Neqreyranın hesabına köçürdüyü maliyyə vəsaitlərinin təfərrüatlarını yenidən nəzərdən keçirəcək. Sözügedən dövrdə ödənilən ümumi məbləğin 8,4 milyon avro təşkil etdiyi bildirilir.

Xatırladaq ki, 2023-cü ildə “Barselona”ya qarşı rəsmi ittiham irəli sürülmüşdü. Kataloniya təmsilçisi isə bu ödənişlərin hakimliklə bağlı məsləhət xidmətləri üçün edildiyini iddia edirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью