Nərgiz Əbdülkərimlini avtomobil vurdu

22.01.2025

Icma.az, News24 portalına istinadən məlumat verir.

Mingəçevirdə 18 yaşlı qızı maşın vurub.

News24.az "Unikal"a istinadla bildirir ki, hadisə Energetiklər yaşayış massivində Tibb Kollecinin yaxınlığında baş verib.

Yolu keçmək istəyən 2007-ci il təvəllüdlü Əbdülkərimli Nərgiz Rövşən qızını avtomobil vurub. Yaralı dərhal həmin maşınla xəstəxanaya çatdırılıb.

Sol diz nayihəsindən qapalı travma alan yaralı piyadanın tibbi yardım aldıqdan sonra durumu stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью