Nərgiz gülünə bənzəyən aktrisa

26.08.2026

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Taleyi nərgiz gülünə bənzəyən Əməkdar artist Vəfa Fətullayevanın anım günüdür.

Aktrisa  25 avqust 1945-ci ildə Bakıda anadan olub.  Vəfa Fətullayeva   Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayev və SSRİ Xalq artisti, aktrisa Hökumə Qurbanovanın ailəsində dünyaya göz açmışdı. O üzdən balaca  Vəfanın incəsənət insanı olacağı gözlənilməz deyildi. 

O, 1953–1963-cü illərdə Bakıdakı 1 saylı orta məktəbdə təhsil alıb. 1963-cü ildə Teatr İnstitutunun teatrşunaslıq fakültəsinə qəbul olub, 1968-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirib. 

V.Fətullayeva ilk dəfə 1953-cü ildə 8 yaşı olarkən, Ələsgər Şərifovun səhnəyə qoyduğu, Uliyam Şekspirin "Qış nağılı" tamaşasında Mamili obrazını canlandırıb. 

Bütün qızlar kimi onun da həyatına bir insan gəlir. Ancaq təəssüf ki, bu münasibət uzun olmur. O, 1963 cü ildə Zaur Nağıyev adlı idmançı ilə tanış olur. Zaur Nağıyev rəqqasə Tutuxanım Həmidovanın oğlu idi. Onlar 1968- ci ildə ailə həyatı qururlar. Lakin bu evlilik uzun sürmür. Bir il sonra ayrılırlar. Z.Nağiyev bu evliliyin sonlamasında V.Fətullayevanı günahlandırır. 

Aktrisa isə Z.Nağıyevin həyatından səssiz-səmirsiz getməyi üstün tutur. 

V.Fətullayeva uğursuz evliliyindən sonra bird aha ailə qurmur. Ömrünü sənətinə həsr edir. Bütün  yaşamaq istədiklərini teatr səhnəsində canlandırır.  Onun teatrda dillər əzbəri olan gözəl rolları olsa da, Daha çox filmlərdə və televiziya tamaşalarında yaratdı obrazlarla sevilib. 

Aktirsa 1982-ci ildə Azərbaycan SSR əməkdar artisti adına, 1984-cü ildə isə Azərbaycan SSR mükafatına layiq görülüb.
Aktrisanı tamaşaçılara sevdirən obrazıları isə “Göz həkimi” filmində İradə obrazı və “Firəngiz” filmindəki Firəngiz obrazlarıdır.

Həyatın ağır sınağından təzə çıxmış bu cavan xanımın taleyində yenə fırtınalar qopmağa başlayır. Aktrisa amansız xəstəliklə mübarizə aparmalı olur. Yaradıcılığının bulaq kimi çağladığı bir vaxtda ağır xəstəliyə düçar olması onu sarsıtmışdı.

Nə qədər mübarizə aparsa da aktrisa amansız xəstəliklə həyat savaşında məğlub olur. O, 1987-ci il mayın 21-də gözlərini bu dünyaya əbədi yumur. Yasamal qəbiristanlığında dəfn olunur.

Əntiqə Kərimzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью