Nərgiz Polşada 18ci olub

23.11.2024

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan fiqurlu konkisürəni Nərgiz Süleymanova Polşada təşkil olunan Varşava kubokunda mübarizəyə başlayıb. Sport24.az xəbər verir ki, təmsilçimiz qısa proqramda bacarığını nümayiş etdirib.

Onun çıxışı 46,03 xalla qiymətləndirilib. Nərgiz bu göstərici ilə 18-ci yeri tutub. 20 yaşlı idmançımız bu gün sərbəst proqramla çıxış edəcək.

Qeyd edək ki, qadınların yarışında 28 idmançı mübarizəyə başlayıb. Qısa proqramda kanadalı Katerina Medland Spens qalib gəlib – 60,03 xal.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью