Nəriman Abbasov kəmər uğrunda döyüşə çıxacaq

11.11.2024

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Sabah Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov (77 kq) növbəti döyüşünə çıxacaq.

Oxu.Az xəbər verir ki, o, Rusiyanın paytaxtı Moskvada "Hype Fighting Championship" turnirində qüvvəsini sınayacaq.

Abbasovun rəqibi yerli döyüşçü Mariq Pirayev olacaq. Bu, həm də rusiyalı üçün revanş döyüşü sayılacaq. O, 2022-ci ildə "Fights Nights"da Nərimana uduzub.

Qeyd edək ki, görüş gecənin əsas döyüşü olacaq. Qalib kəmərə sahib çıxacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью