Nəriman Abbasov kəmər uğrunda döyüşəcək İdman və Biz

11.11.2024

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Sabah Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov (77 kq) növbəti döyüşünə çıxacaq.

İdman.biz xəbər verir ki, o, Rusiyanın paytaxtı Moskvada “Hype Fighting Championship” turnirində qüvvəsini sınayacaq.

Abbasovun rəqibi yerli döyüşçü Mariq Pirayev olacaq. Bu, həm də rusiyalı üçün revanş döyüşü sayılacaq. O, 2022-ci ildə “Fights Nights”da Nərimana uduzub.
Görüş gecənin əsas döyüşü olacaq. Qalib kəmərə sahib çıxacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью