Nəriman Abbasov və Emil Novruzov kəmər uğrunda döyüşə çıxacaqlar

11.12.2024

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Azərbaycanın MMA döyüşçüləri Nəriman Abbasov və Emil Novruzov növbəti döyüşlərinə çıxacaqlar.

Oxu.Az xəbər verir ki, hər iki döyüşçü Rusiyanın paytaxtı Moskvada "Hype Fighting Championship" turnirində qüvvəsini sınayacaq.

Nəriman Abbasovun rəqibi Marif Piraev, Emil Novruzovun rəqibi isə Harun Boziev olacaq.

Qeyd edək ki, döyüşlərə Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью