Nəriman ABŞ də ilk dəfə start heyətində oynadı

16.04.2026

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Nəriman Axundzadə "Kolambus Kryu”nun heyətində ilk dəfə start heyətində meydana çıxıb.

"Football-plus.az" xəbər verir ki, o, ABŞ Açıq Kubokunun 1/32 finalında “Riçmond Kikers”ə qarşı matçda əvəzlənmədən meydanda olub.
21 yaşlı hücumçunun komandası 3:0 hesablı qələbə qazanıb. Nəriman Axundzadə ilk qolun vurulmasında önəmli rol oynayıb. Belə ki, Axundzadə - Marselo Errera ikilisinin qurduğu hücumu Qyuqu Pikar qolla tamamlayıb.
ABŞ Açıq Kubokunda mərhələlər bir oyundan ibarət olur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью