Nəriman Axundzadə 10 ay sonra qol vurdu Video

01.10.2026

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə 10 ay sonra qol vurub.

“Qafqazinfo” xəbər verir ki, o, ötən gün u-21 yığmamızın heyətində Şotlandiyaya qarşı matçda fərqlənib. 

Matçın 21-ci dəqiqəsində fərqlənən forvard uzun müddət sonra adını tabloya yazdıra bilib. 

Nəriman Axundzadə sonuncu dəfə 2025-ci ilin dekabrında Misli Premyer Liqası çərçivəsində “Araz-Naxçıvan”la matçda fərqlənmişdi. Həmin vaxt “Qarabağ”ın heyətində çıxış edən futbolçu 5:1 qalib gəldikləri matçda rəqib qapısına yol tapmışdı. 

Qeyd edək ki, U-21 milli komandamız Avropa çempionatının seçmə mərhələsində Şotlandiyaya 2:5 hesabı ilə uduzub. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью