Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Türkiyə Superliqasında 12-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi "Erzurumspor" doğma meydanda "Göztepe"ni qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu 70-ci dəqiqədə Efkan Bekiroğlu vurub.
Millimizin üzvü Nəriman Axundzadə oyuna ehtiyat oyunçular skamyasında başlayıb və görüşü meydandan kənarda izləyib.
Bu məğlubiyyətdən sonra xallarını 14-də saxlayan "Erzurumspor" turnir cədvəlinin 13-cü pilləsinə geriləyib. "Göztepe" isə 18 xalla 8-ci sıradadır.