Nəriman Axundzadə “Fənərbaxça” ilə oyunda meydana çıxdı

29.11.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Superliqasında XIII turun qarşılaşmaları davam edir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin formasını geyindiyi "Erzurumspor" səfərdə "Fənərbaxça" ilə üz-üzə gəlib.

İstanbul təmsilçisi görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb.

Nəriman Axundzadə matçın 81-ci dəqiqəsində meydana buraxılıb.

Bu nəticənin ardından 14 xalı olan "Erzurumspor" turnir cədvəlində 13-cü pillədə yer alıb. "Fənərbaxça" isə 23 xalla 5-ci mövqedə qərarlaşıb.

"Fənərbaxça" – "Erzurumspor" – 3:0

Qollar: Oğuz Aydın, 53, Milan Şkriniar, 57, Meyson Qrinvud, 88.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью