Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynadı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Türkiyə Superliqasında ikinci tura start verilib.
QOL.az xəbər verir ki, turun açılış matçında millimizin hücumçusu Nəriman Axundzadənin formasını geydiyi “Ərzurumspor” öz meydanında “Qalatasaray”ı qəbul edib. Matç İstanbul klubunun böyükhesablı qələbəsi ilə başa çatıb.
“Ərzurumspor” - “Qalatasaray” - 0:4
Qollar: Şallai, 12, Akgün, 20, Osihmen, 20; 79
Nəriman Axundzadə də bu görüşün iştirakçısı olub. O, 55-ci dəqiqədə, hesab 0:3 olarkən Gyrano Kerkin əvəzinə meydana çıxıb. Millimizin forvardı 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, 2 turdan sonra “Qalatasaray” 4 xalla turnir cədvəlində 1-ci, “Ərzurumspor” isə 0 xalla sonuncu, 18-ci pillədə qərarlaşıb.