Nəriman Axundzadə qışda Azərbaycan klubuna keçməyə yaxındır

28.11.2026

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Super Liqası təmilçisi "Ərzurumspor"da möhkəmlənməkdə çətinlik çəkən Nəriman Axundzadə karyerasını Azərbaycanda davam etdirə bilər. Bu barədə Sport24.az-a etibarlı mənbədən məlumat daxil olub.

Mənbəmizin sözlərinə görə, 22 yaşlı hücumçunun qış "transfer pəncərəsi"ndə icarə əsasında "Turan Tovuz"a keçidi gündəmə gəlib.

Türkiyə təmsilçisində vəziyyəti ürəkaçan olmayan Axundzadənin mövsümün ikinci yarısında daha çox oyun şansı qazanmaq üçün komandasını dəyişmək istədiyi bildirilir.

Qeyd edək ki, Axundzadə müqavilə ilə ABŞ-nin "Kolambus Kryu" klubuna məxsusdur. Futbolçu bu komandaya cari ilin fevral ayında "Qarabağ"dan keçib və 3,5 illik müqaviləyə imza atıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью