Nəriman Axundzadənin ABŞ klubuna qoşulmağı ləngiyə bilər

20.02.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 20 fevral, AZƏRTAC

MLS təmsilçisi "Kolambus Kryu" klubuna keçən Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin ABŞ-yə gedişi ləngiyə bilər.

Bu barədə AZƏRTAC-a hücumçunun meneceri Tural Əsgərov məlumat verib.

O, 21 yaşlı futbolçunun hələ viza almadığını bildirib: “Məsələ gələn həftə həll olunmalıdır. Amma ləngiyə də bilər. Səfərin martın əvvəlinə kimi baş tutacağına ümidliyik”.

Qeyd edək ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. Ağdam təmsilçisi bu keçiddən 1 milyon avrodan bir az çox qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью