Nəriman Axundzadəyə 2 milyon avro qiymət qoyuldu

10.06.2025

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məşhur “Transfermarkt” portalı Azərbayca Premyer Liqasında çıxış edən futbolçuların transfer qiymətlərini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, ilk “3-lük”də “Qarabağ”ın futbolçuları qərarlaşıb. 

Ağdam klubunun yarımmüdafiəçiləri Kadi Borges və Leandro Andrade 2,5 milyon avro ilə siyahıya başçılıq edir. 

Dəyəri 2 milyon avroya yüksələn Nəriman Axundzadə isə 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ”ın futbolçularının bir çoxunun transfer qiymətində artım müşahidə olunub. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью