“Nəriman barədə nə deyəcəyimi özüm də bilmirəm” Qurban Qurbanov

11.12.2025

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Ayaks”la oyunda yaxşı çıxış etməyən və bu səbəbdən azarkeşlərin tənqidi ilə üzləşən futbolçusu Nəriman Axundzadə barədə danışıb.

Modern.az xəbər verir ki, təcrübəli mütəxəssis sözüegedən qarşılaşmadan sonra bunları deyib:

“Nəriman Axundzadə ilə bağlı müzakirələr çox gedir. Nəriman barədə nə deyəcəyimi özüm də bilmirəm. Hansısa fikir bildirsəm, azarkeşə qarşı çıxmış olacağam. Daha da yaxşı oynaya bilərdi. Hər zaman futbolçularımızın yanındayam. Azarkeşlərin Nərimanla bağlı tənqidinə cavabım yoxdur”. (Mənbə: teleqraf)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью