Nəriman “Benfika”ya qarşı oynamayacaq

07.09.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Ötən gün millinin heyətindən çıxarılan “Qarabağ”ın futbolçusu Nəriman Axundzadənin zədəsi ciddidir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yığmanın düşərgəsində baldır nahiyəsindən zədə alan Axundzadə 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bu isə onun sentyabrən 16-da UEFA Çempionlar Liqasının 1-ci turunda “Benfika” ilə matçda iştirak etməyəcəyi deməkdir.

Məlumatı klubdan saytımıza təsdiqləyiblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью