Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb.
QOL.az xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərlik siyahıda yer almayıb.
Ehtimal etmək olar ki, baş məşqçi Ayxan Abbasovun belə bir qərar verməsinə Axundzadənin klubunda lazımi oyun şansı qazanmamasıdır.
N.Axundzadə yeni klubu "Erzurumspor"un iştirak ərizəsində yer aldığı 5 matçdan yalnız 3-də oyun şansı qazanıb (ümumən 55 dəqiqə). O, son iki matçda isə sonadək ehtiyatda qalıb.
Axundzadə "Erzurumspor"dan əvvəlki komandası ABŞ "Kolambus Kryu" (Columbus Crew) komandasında da az halda meydana çıxırdı.
Qeyd edək ki, Ayxan Abbasov bu dəfə milliyə 4 hücumçu dəvət edib. Onlar Vüsal İsgəndərli (“Malisheva", Kosovo), Musa Qurbanlı (“Qarabağ”), Mahir Emreli (“Rakuv”, Polşa) və Renat Dadaşovdur ("Bukovina", Ukrayna).