Nəriman ehtiyatda qaldı

17.05.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nəriman ehtiyatda qaldı

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kru” MLS-də növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda 14-cü tuda səfərdə “Filadelfiya” ilə qarşılaşıb. Matç bərabərliklə başa çatıb – 1:1.

Nəriman bu görüşdə iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.

"Kolumbus Kru"nun qolunu Huqo Pikarc (10) vurub. Meydan sahiblərindən isə Milan İloski (70) fərqlənib.

“Kolumbus Kru” Şərq Konfransında 14 turdan sonra 13 xalla 15 komanda arasında 13-cüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью