“Nəriman Həsənzadə 50 ci illər nəslinin sonuncu nümayəndəsi idi”

02.08.2026

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Xalq şairi, dramaturq və ictimai xadim Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir.

Axşam.az-ın məlumatına görə, Beynəlxalq Muğam Mərkəzində təşkil olunan mərasimdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək mərhum şairlə bağlı xatirələrini bölüşüb.

O bildirib ki, Nəriman Həsənzadənin vəfatı Azərbaycan ədəbiyyatı üçün ağır itkidir:

“Nəriman Həsənzadənin vəfatı Azərbaycan ədəbiyyatı üçün çox ağır itkidir. O, Azərbaycan poeziyasının inkişafına mühüm töhfələr vermiş, ictimai həyatda daim fəallığı ilə seçilmiş şəxsiyyət idi. Uzun illər səmimi dostluğumuz olub. Həmişə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri kimi maraqlı təşəbbüslərlə çıxış edir, yeni kitabların nəşri və ədəbi mühitin inkişafı üçün yorulmadan çalışırdı. Onun əsərləri daim xalqımızın qəlbində yaşayacaq”.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu isə Nəriman Həsənzadənin həm şəxsiyyəti, həm də yaradıcılığı ilə örnək olduğunu vurğulayıb:

“Nəriman Həsənzadə taleyi olan insan idi. O, ömrünün sonunadək dövlətə və xalqa eyni mövqedən xidmət etdi. Şair kimi olduğu qədər, həyatı ilə də örnək idi. Nə qədər nəzakətli, romantik və həyatsevər idisə, şeirləri də elə idi. O, 50-ci illər nəslinin bu günə qədər yaşayan sonuncu nümayəndəsi idi. Hər görüşdə sevgi dolu, səmimi münasibəti ilə yadda qalırdı. O, bütöv bir epoxa idi. Nəriman Həsənzadəni işıqlı, nurlu və yüksək mədəniyyətə malik insan kimi hər zaman xatırlayacağıq. Onun böyüklüyü poeziyasına da hopub və həmin poeziya daim yaşayacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью