Nəriman Həsənzadə hələ də reanimasiyadadır

06.07.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Xalq şairi Nəriman Həsənzadə hələ də reanimasiyadadır.

Bu barədə “Qafqazinfo”ya müalicəsi Mərkəzi Klinikada aparılan şairin köməkçisi, Əməkdar incəsənət xadimi Arif Mehmandost məlumat verib.

“Nəriman Həsənzadənin müalicəsi hələ də Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır-stabil olaraq qalsa da, ümumilikdə müsbətə doğru irəliləyiş müşahidə olunur”, - o deyib.

Xatırladaq ki, 95 yaşlı N.Həsənzadə iyunun 26-sı xəstəxanaya yerləşdirilib.

Lamiyə Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью