Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Nəriman Həsənzadə reanimasiyadan palataya köçürülüb”.
Bu sözləri Xalq şairinin köməkçisi Arif Mehmandost “Qafqazinfo”ya açıqlamasında deyib.
“Hazırda vəziyyəti yaxşıdır. Bundan sonra həyatına dializlə davam edəcək”, - o bildirib.
Xatırladaq ki, 94 yaşlı N.Həsənzadə ötən ay böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Mədinə Useynova