Nəriman Həsənzadə xəstəxanadan evə buraxıla bilər

29.12.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Xalq şairi Nəriman Həsənzadə evə buraxılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Teleqraf-a Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib.

“Nəriman Həsənzadənin səhhəti yaxşılaşır. İki günə evə buraxıla bilər. Yenu ili evində keçirəcək. Onun müalicəsi palatada davam edir. Dializ davam edəcək", - A.Mehmandost əlavə edib.

Mərkəzi Klinik Xəstəxanadan isə sorğumuza cavab olaraq bildirilib ki, Xalq şairinin vəziyyəti ağır-stabil olaraq qalır.

"Xəstə stasionar müalicə alır. Vəziyyəti ağır stabil olaraq qalır", - məlumatda qeyd edilib.

Nəriman Həsənzadənin 94 yaşı var. O, böyrək çatışmazlığından əziyyət çəkir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью